Alimlər: “Koronavirus səthlər üzərində məhv olur”

/ Cümə, 10 Aprel 2020 10:45
Alimlər: “Koronavirus səthlər üzərində məhv olur”

Almaniyalı mütəxəssislər tərəfindən aparılan araşdırma koronavirusa yoluxmanın o qədər də asan olmadığını göstərir.

“DW” xəbər verir ki, virusoloq Hendrik Ştrek həmkarları ilə birlikdə ölkədə epidemiyanın yayıldığı Haynsberq şəhərində yoluxanların mənzillərini araşdırıb.

Mütəxəssislər mənzillərin qapılarında, kranlarında, digər səthlərdə, hətta ev heyvanlarının üzərində yaşayan virus təsbit etməyib.

Beləliklə, virusun plastik və paslanmayan polad üzərində yeddi gün ərzində yaşaya bilməsi haqda iddia təkzib olunub.

Please publish modules in offcanvas position.