Koronavirus bu ölkələrə hələ çatmayıb

/ Cümə, 10 Aprel 2020 12:34
Koronavirus bu ölkələrə hələ çatmayıb

Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Yəmənin COVID-19-la mübarizə üzrə milli komitəsi məlumat yayıb.

Bildirilib ki, infeksiyaya ilk yoluxma halı Yəmənin şərqində yerləşən Həzrəmövt bölgəsində aşkarlanıb. Xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Tacikistan, Türkmənistan və Şimali Koreya rəsmiləri ölkələrində koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.

Afrika qitəsində yerləşən ölkələrdən isə Konqo Respublikası və Lesoto Krallığında COVID-19-a yoluxma yoxdur.

Ada ölkələrindən Kiribati, Vanuatu, Komor adaları, Marşall Adaları Respublikası, Mikroneziya, Nauru Respublikası, Palau, Solomon adaları pandemiyanın qeydə alınmadığı ərazilər sırasındadır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.