ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi elan olunub

/ Bazar, 12 Aprel 2020 21:12
ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi elan olunub

"ABŞ prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib".

Islam.az İnterAz-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir bildirib.

O, özünün “Twitter”dəki səhifəsində yazıb ki, bununla da ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib. 

"Tarixdə ilk dəfə prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir", - deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Son məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 519 453 insan yoluxub, 20 071 nəfər ölüb.

ABŞ COVID-19 infeksiyası qurbanlarının sayına görə İtaliyanı qabaqlayaraq dünyada birinci yerə çıxıb.

Please publish modules in offcanvas position.