Cavad Zərif və Sergey Lavrov Yəmən, Əfqanıstan və Koronavirus məsələlərini müzakirə ediblər

/ Bazar ertəsi, 13 Aprel 2020 23:22
Cavad Zərif və Sergey Lavrov Yəmən, Əfqanıstan və Koronavirus məsələlərini müzakirə ediblər

Rusiya və İran xarici işlər nazirləri telefon təmasında olublar.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla bir sıra region məsələlərini, Koronavirusla mübarizə yolları və bu istiqamətdə əməkdaşlığı müzakirə ediblər.

Tərəflər Əfqanıstanda sülh sazişi ətrafındakı və Yəməndəki cari proseslərlə bağlı müzakirələr aparıblar.

Rusiya və İran XİN rəhbərləri həmçinin koronavirusla mübarizə yollarını və bu sahədə beynəlxalq əməkdaşlıq haqda da fikir mübadiləsi aparıblar.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.