İsrail koronavirusa görə MOSSAD casuslarını işə cəlb etdi

/ Çərşənbə axşamı, 14 Aprel 2020 11:45
İsrail koronavirusa görə MOSSAD casuslarını işə cəlb etdi

İsrail koronavirusla mübarizədə MOSSAD-ın casuslarından yararlanmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Məlumata əsasən, İsrail yeni növ koronavirusla mübarizə aparan İranı yaxın müddət üçün təhlükə görmür. Bu səbəbdən casusları virusla mübarizəyə cəlb edib.

Xüsusilə, Səhiyyə naziri Yaakov Litzman koronavirusa yoluxduqdan sonra MOSSAD lideri Yosi Koen, İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meyr Ben Şabbat və Səhiyyə Nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri könüllü olaraq karantinə gedib.

Hətta MOSSAD liderinə koronavirusla mübarizə üçün lazım olan ən zəruri avadanlıqların siyahısı verilib, bundan sonra qurum materialları tapmaq üçün beynəlxalq şəbəkəni aktivləşdirməyə başlayıb.

Please publish modules in offcanvas position.