ABŞ Rusiyanı koronavirusla bağlı saxta məlumat yaymaqda ittiham etdi

/ Çərşənbə, 15 Aprel 2020 10:30
ABŞ Rusiyanı koronavirusla bağlı saxta məlumat yaymaqda ittiham etdi

ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanı koronavirus pandemiyası ilə bağlı saxta məlumat yaymaqda ittiham edib.

“RİA Novosti” xəbər verir ki, rəsmi Vaşinqton Kremli bu qanunazidd fəaliyyətini dayandırmağa çağırıb.

ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisi Lora Kuper “Russia Today” və “Sputnik” kimi kütləvi informasiya vasitələrini saxtakarlıqda günahlandırıb.

Onun sözlərinə görə, Rusiya tərəfindən maliyyələşən bəzi KİV-lər dünyada pandemiyanın olmadığını, İtaliyada isə bu qədər insanın adi qripdən vəfat etdiyini yazır.

Qeyd edək ki, bir müddət öncə Avropa Birliyi Rusiya ilə bağlı bənzər bəyanat yaymışdı.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.