Misirin paytaxtı Qahirədə Pasxa bayramında terror aktları törədmək istəyən yeddi nəfər zərərsizləşdirilib.
“Gazeta.ru” xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçuların gizləndiyi mənzilə hücum edib.
Əməliyyat nəticəsində Misir DİN-nin Milli Təhlükəsizlik İdarəsinin polkovnik-leytenantı Məhəmməd əl-Xufi terrorçular tərəfindən qətlə yetirilib, daha bir zabit isə yaralanıb.
Mənzildə altı avtomat və silah-sursat aşkar edilib.
Qeyd etmək lazımdır ki, Misir xristianları olan koptlar Pasxa bayramını aprelin 19-u qeyd edir.