Koronavirusa yoluxan “sıfırıncı xəstə” Uhanda Virusologiya İnstitutunun laboratoriyasında işləyib

/ Cümə axşamı, 16 Aprel 2020 12:23
Koronavirusa yoluxan “sıfırıncı xəstə” Uhanda Virusologiya İnstitutunun laboratoriyasında işləyib

Koronavirusa yoluxan “sıfırıncı xəstə” Çinin Uhan şəhərində Virusologiya İnstitutunun laboratoriyasında işləyib.

Bu barədə ABŞ-ın “Fox News” telekanalı öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, “Çin hökumətinin erkən hərəkətlərinin təfərrüatları ilə tanış olan və müvafiq sənədləri görən” laboratoriya işçisi yarasa koronavirusuna yoluxub və sonra xəstəlik yerli sakinlər arasında yayılıb.

Mənbə Çini tarixdəki “ən bahalı dəlil gizlətmə əməliyyatı”nda ittiham edib.

Bununla yanaşı, laboratoriyanın bioloji silah hazırlamadığı vurğulanır. Əsas məqsəd Çin alimləri tərəfindən virus araşdırmalarının uğurlu nəticələrini nümayiş etdirmək olub.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.