BMT: Koronavirusun yaratdığı fəsadlara görə yüz minlərlə uşaq ölə bilər

/ Cümə, 17 Aprel 2020 11:07
BMT: Koronavirusun yaratdığı fəsadlara görə yüz minlərlə uşaq ölə bilər

Koronavirus pandemiyası səbəbindən dünyada yüz minlərlə uşaq ölə bilər.

“TASS” xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə bir çox insanın gəlirləri azalacaq.

“Bu səbəbdən insanlar sağlam qida qəbul etməyərək pulunu yığmağa başlayacaq. Bu isə uşaqlara, həmçinin hamilə qadınlara təsir edəcək. Əgər koronavirus kasıb ölkələrdə yayılsa milyonlara insan həyatlarından məhrum olacaq. Xəstəxanaların dolması səbəbindən digər xəstəliklərə yoluxmuş uşaqlara vaksin vaxtında vurulmaya bilər”, - deyə Quterriş əlavə edib.

Please publish modules in offcanvas position.