Fələstin İsraillə saziş şərtini açıqladı

/ Cümə, 17 Aprel 2020 12:17
Fələstin İsraillə saziş şərtini açıqladı

Fələstin lideri Mahmud Abbas həbsxanalardakı fələstinli məhkum və əsirlər sərbəst buraxılmayana qədər İsrail rəhbərliyi ilə heç bir sazişə imza atmayacaqlarını bildirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Fələstin Prezidenti Mahmud Abbas Fələstinli Əsirlər Günü münasibətilə yayımlanan yazılı açıqlamasında İsraildən həbsxanalardakı fələstinliləri azadlığa buraxmasını istəyib. Həbs olunanları “azadlıq döyüşçüləri, qəhrəmanlar” kimi təqdim edən M.Abbas qeyd edib:

“İsrailin həbsxanaları boşaldılmadan yekun sülh sazişinə qətiyyən imza atmayacağımızla bağlı vədimizi yenidən təkrarlayırıq”.a

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.