Yaponiyada vətəndaşların hər birinə 100 min yen paylanacaq

/ Cümə, 17 Aprel 2020 13:35
Yaponiyada vətəndaşların hər birinə 100 min yen paylanacaq

Sindzo Abe hökuməti koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar ailələrə dəstək tədbiri olaraq, Yaponiya vətəndaşlarının hər birinə 100 min yen (1 557,8 AZN) paylamaq qərarına gəlib.

Bu barədə “Meduza” nəşri xəbər yayıb.

Bundan əvvəl hökumət ancaq gəlirinin azalmasını sübut edənlərə dəstək vermək istəyirdi. Ancaq ödəniş haqqını təsdiqləyən sənədlərin toplanılması və təqdim edilməsi ilə bağlı sxem maliyyə yardımını gecikdirə, həmçinin koronavirusun yayılmasına şərait yarada bilərdi.

Hökumət bunu nəzərə alaraq, yardımı hər bir sakinə etmək barədə qərara gəlib.

Yaponiyada koronavirusa 9231 yoluxma halı qeydə alınıb. İndiyə qədər virusdan 190 nəfər ölüb, 935 nəfər sağalıb.

Please publish modules in offcanvas position.