ABŞ kəşfiyyatı İsrailə koronavirus təhlükəsi barədə noyabrda xəbərdarlıq edib

/ Şənbə, 18 Aprel 2020 11:32
ABŞ kəşfiyyatı İsrailə koronavirus təhlükəsi barədə noyabrda xəbərdarlıq edib

ABŞ kəşfiyyatı İsrailə noyabrın ortasından koronavirus təhlükəsi barədə xəbərdarlıq edib

İnterfax.ru bu barədə İsrailin “Channel 12” telekanalında yayımlanan xəbərə əsasən məlumat yayır.

Xəbərdə bildirilir ki, Ağ Ev Çinin Uhan şəhərində yaranan virusla bağlı kəşfiyyatın məlumatına məhəl qoymayıb.

Donald Tramp adminstrasiyasının mövqeyinə baxmayaraq, kəşfiyyat müttəfiqləri NATO və İsraili xəbərdar edib.

“Bu məlumat İsrailin Səhiyyə Nazirliyinə və hökumət qurumlarına çatsa da, heç bir tədbir görülmədi”, - deyə xəbərdə bildirilir.

Please publish modules in offcanvas position.