Tramp proqnozunu ikiqat endirdi: ABŞ-da ölü sayı...

/ Şənbə, 18 Aprel 2020 13:02
Tramp proqnozunu ikiqat endirdi: ABŞ-da ölü sayı...

ABŞ-da koronavirusdan ölənlərin sayı 60-65 minə qalxa bilər.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, bu ABŞ hakimiyyətinin təxmini dəyərləndirməsidir.

Qeyd edək ki, bundan öncə Tramp ölü sayının 120 minə qədər arta biləcəyini bildirmişdi.

Ən son məlumata görə, ABŞ-da 708.297 nəfər koronavirusa yoluxub, 36.959 nəfər bu virusdan ölüb.

Son sutkada yoluxma 30.727, ölüm isə 2.342-dir.

Please publish modules in offcanvas position.