Yəmənin cənubunda Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında qarşıdurma başlayıb

/ Şənbə, 18 Aprel 2020 20:35
Yəmənin cənubunda Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında qarşıdurma başlayıb

Yəmənin Əbyən əyalətində Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi “Keçid Şurası” qüvvələrilə Səudiyyə Ərəbistanın dəstəklədiyi prezident Abdu-Rabbih Mansur Hadinin qüvvələri arasında silahlı qarşıdurma başlayandan sonra gərginlik yenidən Şəbva əyalətinə də sirayət edib.

Islam.az İnterAz-a istinadla xəbər verir ki, tərəflər arasında Əbyəndə baş verən silahlı qarşıdurmadan sonra Şəbvada yerləşən ölkənin ən böyük neft ixrac edən limanı da gərginliyin şahidi olub.

Səudiyyə Ərəbistanın dəstəklədiyi hökumət qüvvələri Şəbvada Bilhaf neft ixracı limanında yeni postlar qurublar. Limanda separatçı “Keçid Şurası”nın qüvvələri eləcə də, 300-dən çox BƏƏ hərbçisinin olması gərginliyi artırıb.

BƏƏ-nin dəstəklədiyi separatçı meyilli “Keçid Şurası” bölgədə yenidən müharibənin ola biləcəyilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ər-Riyad anlaşmasına əsasən Abdu-Rabbih Mansur Hadinin başçılıq etdiyi hökumət Ədən şəhərində yerləşdirilməli olsa da separatçı qüvvələrin təzyiqləri nəticəsində bu Səudiyyə Ərəbistanın istədiyi kimi reallaşmayıb. Ölkənin paytaxtı Səna şəhəri və digər 13 əyalət isə husilərin dəstəklədiyi “hökumət”in nəzarətindədir.

Please publish modules in offcanvas position.