Tramp: Əgər Çin pandemiyanı qəsdən yayıbsa, nəticələri ilə üzləşə bilər

/ Bazar, 19 Aprel 2020 18:34
Tramp: Əgər Çin pandemiyanı qəsdən yayıbsa, nəticələri ilə üzləşə bilər

Əgər Çin yeni növ koronavirusun yaratdığı xəstəliyin yayılmasına bilərəkdən icazə veribsə, nəticələrlə üzləşə bilər.

İslam.az İnterAz-a istinadən xəbər verir ki, bunu Ağ Evdə keçirilmiş brifinqdə ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib.

“Araşdırma aparırıq, görək araşdırmalar necə gedəcək. Əgər çinlilər bilərəkdən bu səhvə yol veriblərsə, o zaman nəticələri ilə üzləşə bilərlər”, - deyə Tramp bildirib.

Please publish modules in offcanvas position.