İran ABŞ-ın yardımını rədd etdi

/ Bazar ertəsi, 20 Aprel 2020 10:41
İran ABŞ-ın yardımını rədd etdi

İran tərəfi ABŞ-ın təklif etdiyi süni nəfəs aparatlarından imtina edib. 

Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz sosial media hesabında məlumat yayıb. 

O bildirib ki, tezliklə İran özü belə aparatları ixrac etməyə başlayacaq: 

“Prezident Tramp, sizin etməli olduğunuz tək şey başqa millətlərin işlərinə, xüsusən də mənim millətimin işlərinə qarışmamaqdır. İnanın ki, heç bir ABŞ siyasətçisinin tövsiyələrini qəbul etmirik”.

Please publish modules in offcanvas position.