Taliban silahlıları Əfqanıstanın Təxar vilayətinin Hoca-i Qar qəsəbəsində hərbi polis bölməsinə hücum edib.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 17 əməkdaşı həlak olub, 2-si isə yaralanıb.
Silahlı insident zamanı Talibanın da ağır itkilər verdiyi deyilir.
Qeyd edək ki, hadisə ilə bağlı Taliban tərəfi açıqlama yaymayıb.