Suriya müxalifəti Liviya döyüşlərində ölən üzvlərinin sayını açıqlayıb

/ Bazar ertəsi, 20 Aprel 2020 16:52
Suriya müxalifəti Liviya döyüşlərində ölən üzvlərinin sayını açıqlayıb

Türkiyənin dəstəyi ilə Liviyaya döyüşlərə yollanan və burada ölən suriyalı müxalifətçi döyüşçülərin sayı 119 nəfər təşkil edir.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Suriya müxalifətinin əsas media qurumlarından biri olan və mərkəzi qərargahları Londonda yerləşən “Suriya İnsan Hüquqları Monitorinq Qrupu” məlumat yayıb.

Bu media qurumu bildirib ki, Suriya müxalifətinin silahlı birləşmələrindən Liviyaya yollananlardan 119 döyüşçü general Xəlifə Haftarın ordusu ilə döyüşlərdə ölüblər.

Əlavə edilib ki, Liviyaya yollananlar əsasən Türkiyənin Suriyada dəstəklədiyi “Firqət Sultan Murad”, “Liva Mutasim”, “Liva Suquruş-Şam”, “Liva əl-Həmzat və Süleyman Şah” hərbi birləşmələrinin silahlılarıdırlar.

Suriya müxalifətinin döyüşçüləri əsasən Liviya paytaxtının cənubunda gedən döyüşlərə qatılıblar.

Please publish modules in offcanvas position.