Özbəkistanda koronavirusa yoluxanların sayı 1600-ü keçib

/ Bazar ertəsi, 20 Aprel 2020 18:52
Özbəkistanda koronavirusa yoluxanların sayı 1600-ü keçib

Özbəkistanda yeni növ koronavirusa yoluxanların sayı 22 nəfər artaraq 1604 olub.

Islam.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Səhiyyə Nazirliyindən bildirilib.

Ümumilikdə ölkədə yeni növ koronavirusdan 5 xəstə vəfat edib, 261 xəstə isə sağalıb.

Qeyd edək ki, Özbəkistanda karantin məhdudiyyəti mayın 10-a qədər uzadılıb. 

Please publish modules in offcanvas position.