ABŞ-da koronavirusla mübarizə üsulu kimi Peyğəmbərin (s) hədis yayımlandı

/ Çərşənbə axşamı, 21 Aprel 2020 12:10
ABŞ-da koronavirusla mübarizə üsulu kimi Peyğəmbərin (s) hədis yayımlandı

ABŞ-da yeni tip koronavirusla mübarizə çərçivəsində reklam lövhəsində Məhəmməd (s) peyğəmbərin epidemiyalar haqqında hədisi yayımlanıb.

Kult.az xəbər verir ki, Çikaqo şəhərindəki reklam lövhəsində Məhəmməd (s) peyğəmbərin “Bir yerdə vəba və ya bənzəri hər hansı bir yoluxucu xəstəliyin olduğunu eşitdiyiniz zaman o yerə getməyin. Yaşadığınız yerdə belə bir yoluxucu xəstəlik varsa, oradan da qaçmayın” hədisindən koronavirusa qarşı istifadə edilib.

Qeyd edək ki, ABŞ-da pandemiyadan 42 min 518 nəfər həyatını itirib, 792 min 938 insan isə virusa yoluxub.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.