ABŞ-dan S-400 mesajı: Əminik, Ərdoğan bizi anlayır

/ Çərşənbə axşamı, 21 Aprel 2020 12:14
ABŞ-dan S-400 mesajı: Əminik, Ərdoğan bizi anlayır

Türkiyənin S-400 zenit-raket komplekslərini satın almasına şiddətlə qarşı çıxırıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.

“S-400-lərin satışının ikitərəfli münasibətlərdə və NATO-da böyük bir maneə yaratdığını vurğulamaqda davam edirik. Prezident Rəcəb Tayyib Ərdoğanın və yüksək vəzifəli şəxslərin bu məsələyə münasibətimizi anladıqlarına əminik”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün “Röyter” agentliyində Türkiyənin satın aldığı S-400 sistemlərinin apreldə nəzərdə tutulan aktivasiya prosesinin koronavirus pandemiyası səbəbindən təxirə salındığı barədə məlumat yayılıb. Bildirilib ki, ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, Ankaranın S-400 sistemlərinin aktivasiya prosesində dəyişiklik yoxdur.

Please publish modules in offcanvas position.