İran ilk hərbi peykini orbitə çıxardı

/ Çərşənbə, 22 Aprel 2020 13:30
İran ilk hərbi peykini orbitə çıxardı

İran bu gün ilk hərbi peykini orbitə çıxarıb.

Bu barədə “Tasnim” agentliyi xəbər verib.

Bildirilir ki, “Nur” adlı peyk iki pilləli “Kased” raket daşıyıcısından istifadə edilərək, 425 kilometrlik orbitə uğurla çatdırılıb.

Əməliyyat İslam İnqilab Keşikçiləri Korpusu tərəfindən həyata keçirilib.

Please publish modules in offcanvas position.