Ekspert: “ABŞ-da COVID-19-un ikinci dalğası birincidən də ağır olacaq”

/ Çərşənbə, 22 Aprel 2020 14:45
Ekspert: “ABŞ-da COVID-19-un ikinci dalğası birincidən də ağır olacaq”

ABŞ-da COVID-19-a yoluxmanın ikinci dalğası daha ağır ola bilər.

Bu barədə “Washington Post” ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin rəhbəri Robert Redfildə istinadən məlumat yayıb.

R.Redfild buna səbəb kimi ikinci dalğa ilə qrip epidemiyasının vaxtının üst-üstə düşməsini göstərib. İkinci dalğanın bu ilin qış aylarına təsadüf etməsi gözlənilir.

Mütəxəssisin sözlərinə görə, eyni vaxtda iki respirator xəstəliyin yayılması ölkənin səhiyyə sistemini “ağlasığmaz yüklənmə”yə məruz qoyacaq.

Please publish modules in offcanvas position.