Neftin qiyməti 16 dollara düşdü

/ Çərşənbə, 22 Aprel 2020 14:48
Neftin qiyməti 16 dollara düşdü

Dünya bazarında “Brent” markalı neft xeyli ucuzlaşıb.

TASS xəbər verir ki, 1999-cu ilin 11 dekabrından sonra sözügedən markalı neftin qiyməti ilk dəfə 16 dollara qədər enib.

Bu gün Bakı vaxtı ilə saat 09:30-da dünya birjalarında “Brent” markalı neftin bir bareli 16,54 dollara satılıb.

WTI markalı neftin iyun fyuçersləri 3,54 faiz azalaraq, bir barel üçün 11,19 dollar təşkil edib.

Please publish modules in offcanvas position.