Ukrayna Prezidenti Saakaşviliyə Baş Nazir müavini vəzifəsi təklif edib

/ Çərşənbə, 22 Aprel 2020 16:28
Ukrayna Prezidenti Saakaşviliyə Baş Nazir müavini vəzifəsi təklif edib

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşviliyə Baş Nazirin müavini vəzifəsini təklif edib.

İslam.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə bu gün M. Saakaşvili “Facebook”da bildirib.

M. Saakaşvili Ukraynanın Baş Naziri Denis Şmıqalla bu barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Ukrainskaya pravda” nəşri mənbələrinə istinadən M. Saakaşvilinin Ukrayna Baş Nazirinin islahat məsələləri üzrə müavini postuna təyin edilə biləcəyi ilə bağlı xəbər yayıb. Bildirilib ki, Gürcüstanın sabiq Prezidentinin təyinatı məsələsinə cümə günü Ali Radada baxıla bilər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.