Türkiyədə koronavirusa yoluxanların sayı 100 minə çatır

/ Cümə axşamı, 23 Aprel 2020 13:30
Türkiyədə koronavirusa yoluxanların sayı 100 minə çatır

"Türkiyədə son sutkada daha 117 nəfər pandemiyanın qurbanı olub”.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 376 nəfərə çatıb.

Nazir həmçinin daha 3 083 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 98 674-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 16 477 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 593 000-i ötüb. Bunların 710 451 nəfəri sağalıb, 181 083 nəfəri isə ölüb.

Please publish modules in offcanvas position.