BMT-dən xəbərdarlıq: “COVID-19-la mübarizə insan hüquqları böhranına çevrilməsin”

/ Cümə axşamı, 23 Aprel 2020 14:52
BMT-dən xəbərdarlıq: “COVID-19-la mübarizə insan hüquqları böhranına çevrilməsin”

BMT Baş katibi Antonio Quterreş yeni tip koronavirus epidemiyasının sürətlə insan hüquqları böhranına çevrilməsi barədə xəbərdarlıq edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

BMT Baş katibi Antonio Quterreş epidemiya ilə mübarizədə baş verən insan hüquqlarının pozulması hallarına dair hesabatını açıqlayıb.

İqtisadi və sosial böhrana səbəb olan epidemiyanın sürətlə insan hüquqları böhranına çevrildiyini vurğulayan Baş katib “təhdidin insan deyil, virus olduğunu unutmayın” ifadəsini səsləndirib.

İnsan hüquqlarının böhran vaxtından sonraya buraxılacaq bir mövzu olmadığını və insanın mərkəzdə dayanmasının zəruriliyini vurğulayan Quterreş epidemiyaya görə nifrət ifadələrinin artdığına, müdafiəsiz qrupların hədəf alındığına və sərt təhlükəsizlik tədbirlərinə müraciət edildiyinə diqqət çəkib.

Please publish modules in offcanvas position.