CBS: ABŞ-ın dövlət borcu rekord həddə çatıb

/ Cümə axşamı, 23 Aprel 2020 18:52
CBS: ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ-ın dövlət borcunun ümumi miqdarı rekord həddə - 24,5 trilyon ABŞ dollarına çatıb.

Bu barədə CBS məlumat yayıb.

Teleşirkətin məlumatına görə, 2020-ci ilin əvvəlindən bu yana ölkənin dövlət borcu 1,5 trilyon ABŞ dolları artıb.

Qeyd olunur ki, buna koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər səbəb olub.

Belə ki, martın sonunda ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran şəraitində iqtisadi stimullaşdırma tədbirlərinə 2 trilyon ABŞ dollarından çox həcmdə vəsait ayrılması barədə fərman imzalayıb.

Aprelin 21-də ABŞ Konqresinin Senatı təqribən 500 milyard dollarlıq əlavə tədbirlər paketini təsdiqləyib.

Please publish modules in offcanvas position.