Tacikistan prezidenti: “Orucu daha əlverişli vaxta keçirək”

/ Cümə, 24 Aprel 2020 10:55
Tacikistan prezidenti: “Orucu daha əlverişli vaxta keçirək”

Tacikistan Prezidenti Emomali Rəhmon müsəlmanları Ramazan ayının gəlişi münasibətilə təbrik edib və eyni zamanda, orucu daha əlverişli vaxtda tutmağı təklif edib.

İslam.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Ravdio Ozodi” məlumat yayıb.

Tacikistanda koronavirusa bir yoluxma halının belə olmadığını vurğulayan Emomali Rəhmon həmvətənlərini evdə gigiyena qaydalarına daha çox əhəmiyyət verməyə, evlərini, iş yerlərini və ictimai yerləri təmiz saxlamağa, özlərini, ailə üzvlərini və ümumilikdə, bütün cəmiyyəti qorumaq üçün səy göstərməyə çağırıb.

Tacikistan prezidentinin sözlərinə görə, bu il Ramazan ayı təhlükəli koronavirus pandemiyası ilə yanaşı, yaz-tarla işləri dövrünə təsadüf edir. Bu səbəbdən o, fermerləri, heyvandarlıqla məşğul olanları və əkinçiləri oruc tutmağı başqa əlverişli vaxta keçirməyə çağırıb.

“Ramazan ayı ilə əlaqədar içməli su və yeməkdən imtina etməklə şüurlu şəkildə sağlamlığımıza zərər verməməli və intihar etməməliyik. Çünki gün ərzində oruc tutmaqla immunitet zəifləyir və onu yoluxucu xəstəliklərə daha həssas edir”.

Qeyd edək ki, Tacikistanda koronavirus epidemiyasına qarşı tədbirlər çərçivəsində məscidlərdə camaat namazı məhdudlaşdırılıb. Bundan başqa, kollektiv iftarlar, bayram gəzintiləri qadağan edilib.

Please publish modules in offcanvas position.