Bu Ramazan fərqli olacaq - Kanadanın Baş naziri

/ Cümə, 24 Aprel 2020 14:10
Bu Ramazan fərqli olacaq - Kanadanın Baş naziri

Kanadanın Baş naziri Castin Trudo Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına mesaj yollayıb.

Baş nazir sözlərinə “Əs-səlamu əleykum” deyərək başlayıb.

“Ənənəvi olaraq Ramazan ayında insanlar kollektiv şəkildə bir yerə toplaşırlar. Ailələr və dostlar bir araya gələrək, Ramazan ayını yaşayır, gün ərzində oruc tutur və günlərini iftarla başa vururlar. Bu dəfə isə yeni tip koronavirus pandemiyasına görə bu ay fərqli olacaq. Evdə qalmaqla, həkimlərin tövsiyələrinə əməl edərək cəmiyyətimizi qorumaq üçün çalışacağıq. Bu böhran dövründə islam dininin mərhəmət, minnətdarlıq və səxavət kimi dəyərləri həmişəkindən daha çox canlanır. Ramazan ayınız mübarək”, - baş nazir bildirib.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.