Koronavirusa baxmayaraq, Türkiyə bu mərasimi qadağan etmədi

/ Cümə, 24 Aprel 2020 14:12
Koronavirusa baxmayaraq, Türkiyə bu mərasimi qadağan etmədi

Məlum olduğu kimi, Ramazan ayı Türkiyədə xüsusi təmtəraqla qeyd olunur.

Xüsusən, ölkənin sosial həyatında, ticarət və turizm sahələrində canlanma yaşanır.

Türkiyədə Ramazan ayının özünəməxsus ənənələri var. Onlardan biri də oruc tutanları gecə saatlarında imsaka qalxmağa səsləyən davul çalınması ənənəsidir.

“HaberGlobal” xəbər verir ki, koronavirusla əlaqədar bələdiyyələr davul çalanlara xəbərdarlıq edib.

Belə ki, davul çalanlar COVID-19-la əlaqədar xüsusi qaydalara riayət etməlidirlər. Tibbi maska taxılmalı və mərasimi vaxtı sosial məsafəyə ciddi əməl olunmalıdır.  

Qeyd edək ki, Türkiyədə Ramazan ayı bu gün başlayıb.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.