Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Qara rayonu ərazisində PKK terrorçularının obyektlərinə zərbələr endirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.
Qeyd edilir ki, zərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Silahlıların yeri pilotsuz uçuş aparatlarının məlumatları sayəsində aşkarlanıb.