Putin Qərbdən yardım istədi: Gəlin birləşək...

/ Bazar ertəsi, 27 Aprel 2020 14:51
Putin Qərbdən yardım istədi: Gəlin birləşək...

Rusiya Prezidenti Vladimir Putin yeni qlobal çağırışların öhdəsindən gəlmək üçün İkinci Dünya müharibəsi dövrünün müttəfiqlik təcrübəsindən istifadə etməklə bağlı çağırış edib.

Axar.az xəbər verir ki, bununla bağlı çağırış Putinin “Stalin-Çörçill-Ruzvelt. Nasizmlə birgə mübarizə” sərgisinin təşkilatçılarına göndərdiyi məktubunda yer alıb.

“Bu gün insanlıq yeni qlobal çağırışlar və təhdidlərlə toqquşur. Biz gərək ölkələrimiz tərəfindən II Dünya müharibəsi dövründə toplanmış beynəlxalq əməkdaşlıq və səmimi müttəfiqlik təcrübəsindən tam mənada istifadə edək”, – deyə o bildirib.

Please publish modules in offcanvas position.