PKK Şimali İraqda hökmranlığını itirdi

/ Bazar ertəsi, 27 Aprel 2020 17:42
PKK Şimali İraqda hökmranlığını itirdi

PKK terror təşkilatı Şimali İraqda hökmranlığını itirib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, bu, Türkiyə Silahlı Qüvvələri (TSK) və Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda birgə keçirdiyi “Pəncə” əməliyyatı nəticəsində mümkün olub.

Buna səbəb koronavirus epidemiyası, terrorçuların təşkilatın üzvləri ilə təcrid halında ünsiyyət qurmaları göstərilir.

Digər tərəfdən, koronavirus səbəbi ilə çox sayda terrorçu xəstələnib, lazımi tibbi materiallar və müalicə üçün yerlərin olmaması, kənd yerlərində ibtidai şəraitdə müalicə olunmaq cəhdləri təşkilatda xaos yaradıb.

Please publish modules in offcanvas position.