Həftər Liviyada hökümətin ordunun əlinə keçdiyini elan etdi

/ Çərşənbə axşamı, 28 Aprel 2020 11:06
Həftər Liviyada hökümətin ordunun əlinə keçdiyini elan etdi

Aprelin 27-i Liviya Milli Ordusunun komandanı (LMO) Xəlifə Həftər ölkədə hakimiyyətin ordunun əlinə keçdiyini elan edib.

“RİA Novosti” xəbər verir ki, Həftər bu bəyanatla teleyayım vasitəsi ilə çıxış edib.

Xatırladaq ki, aprelin 24-ü o, Liviya vətəndaşlarını 2015-ci ildə Shiratada əldə edilən siyası anlaşmanı rədd etməyə çağırmışdı.

Həmin anlaşma nəticəsində ölkədə Milli Razılıq Höküməti formalaşmışdı.

Please publish modules in offcanvas position.