İranda koronavirusa görə metanol içən 700-dən çox insan öldü

/ Çərşənbə axşamı, 28 Aprel 2020 16:45
İranda koronavirusa görə metanol içən 700-dən çox insan öldü

İranda 700-dən çox insan koronavirusdan qorunmaq üçün metanol içərək ölüb.

“Associated Press” xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin müşaviri Hüseyn Hasanian deyib.

Agentlik nazirlik rəsmisinin açıqladığı rəqəmin KİV tərəfindən yayımlanan göstəricidən daha yüksək olduğunu qeyd edib. Müşavirin sözlərinə görə, fərq zəhərlənənlərin çoxunun xəstəxanalarda ölməməsi ilə əlaqədardır:

“Daha 200-ə yaxın insan öldü”.

Eyni zamanda, metanolun koronavirusdan müalicə etməsi ehtimalı haqqında şayiələrə inanaraq, texniki spirti qəbul edən beş mindən çox iranlı zəhərlənib. Onlardan təxminən 90 faizi görmə qabiliyyətini qismən və ya tam itirib.

İranda 2020-ci ildə bir il əvvələ nisbətən 10 dəfə çox spirtdən zəhərlənmə hadisəsinin qeydə alındığı bildirilir.

Please publish modules in offcanvas position.