Əfqanıstanda epidemiya ilə əlaqədar yüzlərlə məhbus azadlığa buraxıldı

/ Cümə axşamı, 30 Aprel 2020 17:39
Əfqanıstanda epidemiya ilə əlaqədar yüzlərlə məhbus azadlığa buraxıldı

Koronavirus pandemiyası ilə əlaqədar Əfqanıstanın Herat şəhərində 500-ə yaxın məhbus həbsxanadan buraxılıb.

RT bununla bağlı kadrları yayımlayıb.

Videoda məhkumların sənədlərini alaraq həbsxananı tərk etmələri görünür.

Ümumilikdə, 12 299 nəfər həbsdən azad olunacaq.

Son məlumatlara görə, Əfqanıstanda 2 171 nəfər koronavirusa yoluxub. Onlardan 64 nəfəri ölüb, 260 nəfəri isə sağalıb.

Please publish modules in offcanvas position.