Rusiyada nazir koronavirusa yoluxdu

/ Şənbə, 02 May 2020 10:47
Rusiyada nazir koronavirusa yoluxdu

Rusiyanın İnşaat Nazirliyinin rəhbəri Vladimir Yakuşev və müavini Dmitri Volkov koronavirusa yoluxublar.

TASS xəbər verir ki, bu barədə İnşaat Nazirliyinin mətbuat xidməti məlumat verir.

“Şəhər xəstəxanalarının birində həkimlərin nəzarəti altında müalicə alacağam. Əlaqədə olacağam”, - mətbuat xidməti Yakuşevin sözlərini çatdırıb.

Məlumatda bildirilir ki, nazir və müavinində diaqnozlar kompüter tomoqrafiyası ilə təsdiqlənib.

İnşaat və Kommunal Yaşayış Xidmətləri nazirinin səlahiyyətlərinin müvəqqəti icrası Yakuşevin müavini Nikita Stasişinə həvalə edilib.

Qeyd edək ki, Yakuşev hazırda tutduğu posta 2018-ci ilin mayında təyin olunub.

Please publish modules in offcanvas position.