Oruc tutan Əli Quran oxuyarkən haqq dünyasına qovuşdu

/ Şənbə, 02 May 2020 13:04
Oruc tutan Əli Quran oxuyarkən haqq dünyasına qovuşdu

Türkiyənin Aydın şəhərində Qurani-Kərim hafizi Hacı Əli Şeflekin dünyasını dəyişməsi xəbəri internetdə həssas duyğularla qarşılanıb. 

İslam.az bu haqda  Moderator.az-a istinadla xəbər verir. 

O, həyatı boyu özü kimi Quranı əzbər bilən yüzlərlə hafiz hazırlayıb.

Hacı Əli Şeflek  mübarək Ramazan günlərində oruclu ikən Quran oxuyarkən başını Müqəddəs Yazılara söykəyərək haqq dünyasına qovuşub.

Allah rəhmət eləsin!

Please publish modules in offcanvas position.