Çin səfiri "Luqar" laboratoriyası haqqında KİV-lərdə yayılan məlumatlarla bağlı Gürcüstan XİN-ə çağrılıb

/ Şənbə, 02 May 2020 17:19
Çin səfiri "Luqar" laboratoriyası haqqında KİV-lərdə yayılan məlumatlarla bağlı Gürcüstan XİN-ə çağrılıb

Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndələri Çin mətbuatında Tiflis yaxınlığında  “Riçard Luqar” araşdırma mərkəzinin fəaliyyəti göstərməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar Çin səfiri Li Yanq ilə görüşüb.

Islam.az SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə nazirlik məlumat verib.

Agentlik məhz hansı məlumatın müzakirə olunduğunu açıqlamır. Eyni zamanda, laboratoriyanın fəaliyyəti ölkə rəhbərliyi və diplomatik nümayəndəliklərin nümayəndələri tərəfindən "qorunur".

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskvanın ABŞ-ın Gürcüstanın “Luqar” biolaboratoriyasında hərbi tədqiqat işlərini genişləndirməyi təklif etdiyindən xəbəri var.

Onun sözlərinə görə, Rusiya Federasiyası xaricdə, xüsusən də keçmiş sovet respublikalarında ABŞ bioloji varlığının güclənməsinə diqqət yetirməyə bilməz. Zaxarovanın fikrincə bioterrorizmlə mübarizə bəhanəsi ilə Pentaqon ikili məqsədli biolaboratoriyalar qurur.

Tbilisi Zaxarovanın sözləri ilə razılaşmayıb və onları "təxribat xarakterli” adlandırıb.

Please publish modules in offcanvas position.