İran Ordusu Azərbaycan da daxil olmaqla 9 ölkənin Silahlı Qüvvələrinə müraciət edib

/ Şənbə, 02 May 2020 17:58
İran Ordusu Azərbaycan da daxil olmaqla 9 ölkənin Silahlı Qüvvələrinə müraciət edib

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu başçısı Məhəmməd Baqiri Azərbaycan da daxil olmaqla doqquz ölkənin Silahlı Qüvvələrinə mesaj göndərib.

İslam.az bu barədə İnterAz-a istinadla məlumat verir.

Bildirilib ki, İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi koronavirus pandemiyası ilə mübarizə zəminində təcrübələrin bölüşülməsi və öyrənilməsi üçün regionda doqquz ölkənin ordusuna, o cümlədən Azərbaycan Respublikası tərəfinə mesaj göndərib.

Bu mesajda İran tərəfi koronavirusla mübarizədə ordunun təcrübələrini bölüşməyə və bu zəmindəki işlərin öyrədilməsinə hazır olduğunu bəyan edib.

İran tərəfi bu təklifi İraq, Pakistan, Azərbaycan, Livan, Suriya, Qətər, Küveyt, Əfqanıstan və Oman Sultanlığı dövlətlərinin Ordularına ünvanlayıb.

Please publish modules in offcanvas position.