Ukraynada 2 325 tibbi işçisi COVID-19-a yoluxdu

/ Bazar, 03 May 2020 18:05
Ukraynada 2 325 tibbi işçisi COVID-19-a yoluxdu

Ukraynada koronavirusa yoluxanların sayı 11 913 nəfərə çatıb.

İslam.az “Report”-a istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, müalicə alan 1 547 xəstə sağalıb, 288 pasiyent dünyasını dəyişib.

Qeyd olunub ki, ölkədə 2 325 tibbi işçisi COVID-19-a yoluxub. Belə ki, son 24 saat ərzində koronavirusun aşkarlandığı 502 nəfərin 75-i tibb işçisidir. 

Please publish modules in offcanvas position.