Misirdə 126 terrorçu öldürülüb

/ Bazar, 03 May 2020 18:07
Misirdə 126 terrorçu öldürülüb

Misir ordusu terrorçulara qarşı 22 reyd və 16 xüsusi əməliyyat həyata keçirib.

İslam.az “Moderator”-a istinadla xəbər verir ki, bunu ordu rəsmisi Tamez Əl-Rifai özünün “Twitter” səhifəsində yazıb.

Qeyd olunub ki, əməliyyatlar zamanı 126 terrorçu zərərsizləşdirilib.

“Hərbi əməliyyatlar zamanı 4 zabit, 3 kiçik zabit və 8 hərbçi terrorçuları ələ keçirərkən ölüb və yaralanıb” - deyə ikinci mesajda deyilir.

Please publish modules in offcanvas position.