Koronavirusun episentrində yeni vahimə

/ Bazar ertəsi, 04 May 2020 12:02
Koronavirusun episentrində yeni vahimə

Koronavirusun hazırkı episentri sayılan ABŞ-ı “qatil arı” vahiməsi bürüyüb.

CNN xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında müşahidə edilən ölümcül arı növlərinin ölkənin şərqinə çatmasına az qalıb.

Mütəxəssislər arıların ABŞ-a Çindən idxal olunan yük vasitəsilə gəldiyini iddia edirlər.

Asiyaya məxsus bu arı növünün hər il Yaponiyada 50 nəfərin ölümünə səbəb olduğu bildirilir.

Arının ağzının çox böyük və kəsici olduğunu qeyd edən mütəxəssislər yaxın 2-3 ildə bu həşəratların ölkənin şərq sahillərində, yaşıllığın bol olduğu Nyu-Yorka çata biləcəyini deyirlər:

“Arıların buraya normal yolla gəlməsi üçün illər lazım ola bilər, ancaq kiminsə yük maşınının arxasına yuva qoysalar, dörd gün kifayət edir. Hər halda, həmin arıların ABŞ-da daimi qalacağı görünür”.

Vaşinqton Dövlət Universitetinin mütəxəssislərinin dediyinə görə, uzunluğu beş santimetrə çatan bu arılar iki dəfə ardıcıl sancdıqları insanı öldürə bilirlər. Buna görə də, nəhəng həşəratların ləqəbi “qatil arılar”dır.

Please publish modules in offcanvas position.