Əfqanıstanın Helmend əyalətində avtomobilin partladılması nəticəsində 18 hərbi qulluqçu ölüb.
Hadisə Əfqanıstan Milli Ordusu və Milli Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilib.
Məlumata görə, partlayışla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.