İran Qacarlar dövrünün pul növlərini bərpa etməyə başlayır

/ Bazar ertəsi, 04 May 2020 17:53
İran Qacarlar dövrünün pul növlərini bərpa etməyə başlayır

İranda milli pulun denominasiyası və sıfırların götürülməsi fonunda milli pul vahidi riyaldan tümənə dəyişir və dəmir sikkələrin əvəzinə Qacarların dövründə işlənmiş pul vahidi dövriyyəyə buraxılır.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə İranın Mərkəzi Bankının sədri Əbdünnasir Himməti rəsmi İnstaqram səhifəsində yazıb.

İran parlamentinin milli pulun denominasiyası və sıfırların götürülməsini təsdiqləməsinə münasibət bildirən Mərkəzi Bankın sədri hökumətin yeni addımını şərh edib.

O bildirib ki, parlamentdə təsdiqlənmiş yeni qanun-layihəsinə əsasən ölkənin milli valyutasında 4 sıfır ləğv ediləcək və İranın hazırki 10 min riyalı 1 tümənə bərabər olacaq.

Ə. Himməti əlavə edib ki, 3 il ərzində yeni əskinas və dəmir pullar dövriyyə buraxılıb başa çatdırılacaq.

O vurğulayıb ki, əskinaslar tümən, dəmir pullar isə “qeran” olacaq. Hər bir tümən 100 qeran məbləğində dəyərlndirilərək, dövriyyəyə buraxılacaq.

Qeyd edək ki, qeran Qacarlar dövründə dövriyyəyə buraxılmış dəmir pul vahidi olub. Lakin bu fərqlə ki, o zaman 10 qeran bir tümən idisə, bu dəfə 100 qeran bir tümən olacaq.

Please publish modules in offcanvas position.