"Karantin" - İbn Sina Avropaya "karantin qaydaları"nı öyrətmişdir

/ Bazar ertəsi, 04 May 2020 11:13
"Karantin" - İbn Sina Avropaya "karantin qaydaları"nı öyrətmişdir

Karantin sözünün mənşəyi italyan dilində"40 günlük" mənasını verən "quarantine" sözündən götürülmüşdür. Qabaqlayıcı tədbir kimi tətbiq edilən karantin rejimi böyük filosof və təbib ibn Sina ilə bağlıdır. Belə ki, ibn Sina bəzi xəstəliklərin bir insandan digər insana keçdiyini düşünürdü və bu təhlükənin qarşısını almaq üçün xəstəliyin yayıldığı ərazilərdə insanların 40 gün müddətində təcrid edilməsini təklif edirdi. ibn Sinanın təklif etdiyi bu qabaqlayıcı tədbirləri adlandırmaq üçün ərəb dilində "40 günlük" mənasını verən "ərbəiniyyə" ifadəsindən istifadə edilirdi.

Venesiyadan Yaxın Şərqə ticarət məqsədi ilə gələn tacirlər yoluxucu xəstəliklər zamanı ibn Sinanın təklif etdiyi "40 günlük" təcridetmə tədbiri ilə tanış olduqdan sonra bu haqda öz dövlətlərinə məlumat vermiş və onlar da öz növbəsində bu qabaqlayıcı tədbirləri mənimsəyərək italyan dilində "quarantine" ifadəsini ünvanlamışdırlar. Hətta Venesiyalılar vəba və taun xəstəliklərinin yayıldığı ölkələrdən gələn gəmiləri limanda 40 gün saxlayır və bu prosesi karantin adlandırırdılar.

Elnur Mustafayev (şərqşünas-tədqiqatçı)

birlik.az

Please publish modules in offcanvas position.