Lukaşenkonun qərarından narahatıq - ÜST

/ Çərşənbə axşamı, 05 May 2020 15:06
Lukaşenkonun qərarından narahatıq - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Belarusun mayın 9-da hərbi parad keçirməsindən narahat olduğunu bildirib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ÜST-ün rəsmi nümayəndəsi Batır Berdıklıçev deyib.

Onun sözlərinə görə, paradda yaşlıların iştirakı xüsusi risk yaradır.

O, insanları parad zamanı sosial məsafəni qorumağa çağırıb.

Please publish modules in offcanvas position.