Suriyanın Rəqqa əyalətində son zamanlarda tapılmış Təll-Zeydan kütləvi məzarlığından 51 əsgər və zabitin cəsədi çıxarılıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə kürd bölmələrinin nəzarətindəki aidiyyatı qurumlar məlumat verib.
Fəratın şərqində kürd bölmələrinin nəzarətində olan qurumlar bildiriblər ki, Təll-Zeydan bölgəsində aşkarlanmış 200 cənazədən artıq 51-i çıxarılıb.
Ehtimal edilir ki, bu cəsədlər Rəqqa şəhərinin cənubunda ət-Təbəqa hərbi hava qərargahında olmuş zabit və əsgərlərin cənazələridir. Onlar 2014-cü ildə İŞİD terror təşkilatı tərəfindən həbs edildikdən sonra kütləvi şəkildə edam ediliblər.