Batumi və Kutaisiyə giriş-çıxışlar açılıb

/ Çərşənbə axşamı, 05 May 2020 15:57
Batumi və Kutaisiyə giriş-çıxışlar açılıb

Koronavirus səbəbiylə bağlanan Gürcüstanın iki böyük şəhəri Batumi və Kutaisiyə giriş açılıb.

İslam.az İnterAz-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Batumi meri Laşa Komaxidze məlumat verib.

"Artıq Batumiyə heç bir məhdudiyyət olmadan səyahət etmək mümkündür, lakin bu komendant saatındən əvvəl baş tutmalıdır. Komendant saatı yenidən qüvvədədir. Postlara gəlincə, şəhərə girən insanların hərarətini yoxlamaq üçün onlar qalacaq", Komaxidze bildirib.

Batumi və Kutaisinin açılması qərarını Gürcüstanın Baş naziri Georgi Qaxaria hökumətinin iclasında açıqlayıb. Tbilisi və Rustavi şəhərinə giriş bağlı qalacaq.

Please publish modules in offcanvas position.